. .

Yeniyetmə qızlar darıxdıqları üçün evi yandırdılar 

11:26 - 12 Aprel
    13963 oxunma

ABŞ-da Pensilvaniya Ştatında dörd yeniyetmə qız darıxdıqları üçün evi yandırıb videogörüntülərini "Snapchat" sosial şəbəkədə paylaşıblar.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, hadisə ilə bağlı polis qızların kimliyini müəyyənləşdirib və onları saxlayıb.

Yerli polis bildirib ki, qızlar ifadələrində evdə darıxdıqları üçün belə bir addım atmaq qərarına gəliblər. 

Yeniyetmə qızlar barədə qəsdən yandırma və başqa şəxslər üçün təhlükə yaratma maddələri ilə ittiham qaldırılıb. Onların işinə yetkinlik yaşına çatmayanların işləri üzrə yerli məhkəmə baxacaq.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84