Yenidən sərtləşdiriləcək karantinə hazır olun - Anonsu verildi

18:06 - 21 Avqust
    3815 oxunma

“Yumşalmaya getməyimiz mərhələli şəkildə həyata keçirilir. Məqsədimiz də odur ki, sanitar-epidemioloji vəziyyətə nəzarət edək”.

Bizimxeber.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Hazırda situasiya nəzarət altındadır. Müzakirələr aparılır. Yoluxma sayında artım isə göz önündədir. Bu gün hər hansı bir sərtləşmənin olub-olmaması ilə bağlı ciddi dəyişiklik yoxdur. Belə bir məsələ olarsa, ictimaiyyətə açıqlanacaq. Amma həqiqətən də bu gün biz az-az da olsa, yoluxma sayında artıma meyillilik görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə olunacaq”, - o bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84