Yeni Zelandiya Parlamentindəki qalstuk böhranı həll edildi

16:33 - 11 Fevral
    9720 oxunma


Yeni Zelandiya parlamentinin deputatı Vaititi, qalstuk taxmayacağını söylədikdən sonra, Məclis sədri Mallardın təlimatına əsasən o, Baş Məclis salonundan çıxarılıb.

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, bu səsküyə səbəb olan hadisədən sonra məsələ parlamentdə müzakirə edilərək səsverməyə çıxarılıb.

Parlamentin sədri Trevor Mallard açıqlamasında bildirib ki, millət vəkillərinin çoxu  qalstuk bağlamaq məcburiyyətinin sərbəst olmasına səs verib.

Mallardın açıqlamasından sonra, parlamentin iclasına İşçi Partiyasının Dövlət Naziri Fil Tvyfort və Yaşıllar Partiyasının prezidenti James Shav da daxil olmaqla 6 nəfər qalstuksuz qatılıb.

Qadağanın götürülməsindən sonra etdiyi açıqlamasında, qalibət üsyanına başlayan Raviri Vaititi, bu güzəştin Parlamentdə qazanılmasının, Maorilər və dünyadakı yerli xalqlar üçün bir zəfər olduğunu söyləyib.

Bizimxeber.az
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84