Yeni növ koronavirus öldürmür - Amma sürətlə yayılır

10:32 - 19 Avqust
    1575 oxunma

 SARS-CoV-2 yeni tip koronavirusunun Avropada, ABŞ-da və Asiyanın bəzi bölgələrində yayılan mutasiya etmiş ştammının ölüm göstəricisi xeyli aşağı olub. Bu barədə Reuters-ə Beynəlxalq İnfeksion Xəstəliklər Cəmiyyətinin prezidenti Pol Tambya deyib. Onun sözlərinə görə, D614G ştammının yayılması dünyada koronavirusdan ölüm göstəricisinin azalması ilə üst-üstə düşüb.

Mütəxəssis əlavə edib ki, bir qayda olaraq, virusların əksəriyyəti mutasiyaya uğrayanda təhlükəsi də azalır. “Virusun marağı daha çox insanı öldürmək deyil, onları yoluxdurmaqdır. Çünki virus insandan bir qida və daldalanacaq mənbəyi kimi asılıdır”, - Tambya deyib.

Avqustun 17-də məlum olub ki, D614G ştammı Filippində aşkarlanıb. Həkimlərin sözlərinə görə, mutasiya iyunda özünü büruzə verib, elə həmin vaxt onun izlərini Malayziyada tapıblar. Bəzi məlumatlara görə isə virusun bu variantı daha ağır keçirilən xəstəlik törətməyə qadirdir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84