Yəhudi əsilli azərbaycanlı iş adamından ermənilərə tarixi dərs (VİDEO)

11:26 - 18 İyul
    4005 oxunma

12 iyuldan etibarən Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlıları təxribatlara əl atır, yaşayış məntəqələrimizi atəşə tutur. Buna görə həmyerlilərimiz, Qubanın "Qırmızı Qəsəbə"sində doğulub boya-başa çatmış, "Food City" meyvə bazasının rəhbərləri olan Qod Nisanov və Zarax İliyev erməni sahibkarlardan məhsulları almaqdan imtina ediblər. Bu səbəbdən ermənilərin 30-dan çox furasında minlərlə ton məhsulu xarab olub.

Daha sonra erməni sahibkarlar da Ermənistanın Rusiyadakı Səfirliyinə müraciət ediblər. Səfirliyin əməkdaşları da Qod Nisanovla Zarax İliyevin yanına minnətə gediblər. Lakin Qod Nisanov erməniləri qəbul etməyərək onları bazanın ərazisindən qovdurub.

Qeyd edək ki, bu barədə ilk Sfera.Az xəbər yaymışdı.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84