. .

Yayda "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq - Rəsmi

13:11 - 13 Aprel
    10184 oxunma

Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmin istehsalına başlanılıb. Bu barədə nazirlikdən bildirilib.

Bizimxeber.az bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir.

Filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84