Yaxın 3 gündə hava necə olacaq?

17:15 - 18 Noyabr
    1810 oxunma

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın maksimal temperaturu aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Bizmxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84