“YAŞAT” Fondundan xərclənən vəsait açıqlandı - RƏSMİ

13:17 - 08 Yanvar
    1100 oxunma

!-- Xeberin ortasında video/Inpage/ -->

“Bu günə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondundan cari ana reallaşdırılmış (“YAŞAT” Fondu) ödəniş sayı 96 olub”. 

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı keçirilən məlumat konfransında bildirib.

O qeyd edib ki, 2706 şəhid ailəsi ziyarət olunub: “11192 şəhid ailə üzvü ilə görüşülüb. 2787 şəhid və yaralımızın 1483 ailə üzvünün probleminin həll olunması üçün qərar verilib”.

Ü.Mehdiyev əlavə edib ki, fond tərəfindən 88 327 849 manat vəsait xərclənib:“Digər aidiyyəti təşkilat tərəfindən qarşılanan məbləğ isə 36 793.65 manat olub”.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84