Yasamal İH önündə aksiya: tikinti şirkəti sakinləri aldadır - FOTO

17:51 - 02 İyun
    1935 oxunma

Paytaxtın Şərifzadə küçəsi 33 ünvanında inşa edilən pilot layihə yarımçıq qalıb. “İnşaat konstruksiyaları” MMC tərəfindən tikilən binada işlər dayanıb, mənzillər sahiblərinə xeyli vaxtdır təhvil verilmir. 

Eyni zamanda pulunu geri tələb edənlərin də ödədiyi məbləğ qaytarılmır. Əksəriyyəti AMEA işçiləri olan payçıların şikayətinə heç yerdə baxılmır. Bununla bağlı iyunun 1-də mənzil sahibləri Yasamal Rayon İcra Hakimiyyəti qarşısında toplaşıblar. “İnşaat konstruksiyaları” MMC ilə alqı-satqı müqaviləsi olan sakinlər şirkətdən şikayətlərini çatdırıblar.

Yasamal İH-nə gələn MMC nümayəndəsi sakinlərə bildirib ki, maliyyə çətinliyi yaranıb, məsələni yoluna qoymağa çalışırlar. Amma 2016-cı ildən pilot layihə başa çatmaq bilmir.  “İnşaat konstruksiyaları” MMC Bakının bir çox yerlərində göydələnlər inşa etməkdədir. Onun inşa etdiyi binalardan biri də Yasamal rayon İsfəndiyar Zülalov 19 ünvanında  yerləşir.

Şirkət burada pilot layihə kimi 18 mərtəbəli bir bina inşa edib. 2018-ci ildə  təhvil verilməli olan binada işlərin nə zaman başa çatacağı bilinmir. Şirkətin Xətai rayonunda tikdiyi bina da sakinlərin başına bəla olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84