“Yarımçıq sülhün bədəli daha ağır olur” - Natiq Cəfərli

15:47 - 09 Oktyabr
    880 oxunma

“Dünyada ağlı başında olan heç bir şüurlu varlıq müharibə xətrinə, ölüm-itim xətrinə müharibə istəməz. Müharibənin həm insani, həm də iqtisadi qiyməti çox ağırdır. İnsanların həlak olması, gənc ömürlərin yarımçıq qalması, dağılan evlər, məhv olan talelər və sair çox ağır qiymətdir.

İqtisadi olaraq da müharibə bahalıdır, bu gün müharibəyə xərclədiyimiz vəsait olmasaydı, biz iqtisadi olaraq daha çox inkişaf edərdik, daha böyük sosial məsələləri həll edə bilərdik. Hətta müharibə demokratik dəyişiklikləri də bloklayan, ləngidən bir məsələdir”.

Bunu xəbər verir ki, bunu “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycan dövləti və xalqı sülh istəyir, lakin sülhün öz qiyməti var. İşğal altında olan torpaqlarımız düşmən tapdağından qurtulmal, işğala son qoyulmalıdır: 

“Yəni, bizim hədəfimiz topraqların işğaldan azad edilməsidir, bu, əgər danışıqlar, sülh yolu ilə olacaqsa, çox gözəl. Məqsədimiz silahların danışması, bombaların partlaması deyil. Hədəf odur ki, torpaqlar azad edilsin, erməni əsilli azərbaycanlılar (azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımıdır, Azərbaycan Dövlətinin vətəndaşı olan hər kəs azərbaycanlıdır) ölkəmizdə hüzur içində, rifah içində yaşamalıdır.

Amma bunun tək şərti işğalın bitməsi, Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların bizim vətəndaşlığı qəbul edib, pasportumuzu daşımasıdır. Onlar sülhdən sonra mütləq demokratikləşməyə məcbur olan Azərbaycanda yerli özünüidarə institutlarında iştirak edərək öz yaşadıqları ərazidə bələdiyyə, mer seçə, deputat ola, ümumiyyətlə,  Azərbaycanın qanunları çərçivəsində özlərini idarə edə bilərlər. Bunu Bakıda, Gəncədə, Lənkaranda, Şəkidə və digər Azərbaycan şəhərlərində bütün vətəndaşlar eyni qaydada edəcəklər”.

Ekspert sülh çağırışı edənlərin məsələnin mahiyyətini anlamadığını  vurğulayıb:

"Bu gün məmləkətdə sülhə çağıranlar var, onları anlayıram, amma düşünürəm ki, onlar vəziyyəti anlamırlar. Onların çağırışı sülh deyil, yarımçıq sülhdür, münaqişənin dondurulmasıdır, gələcək nəsillərə ötürülməsidir. Bu gün cəbhədə qəhramanlıqla vuruşanların, Şəhid olanların əksəriyyəti 2000-ci il doğumlulardır, onlar 1994-cü ildə bağlanmış “yarımçıq sülhün” qurbanlarıdır. Bu gün yarımçıq sülhün bədəli sabah 2010-cu illərdə doğulanlar olacaq! Mən 3 oğul, 3 potensial əsgər atasıyam, sonbeşiyimin 8 yaşı var, bu gün yarımçıq sülh olub münaqişə yenə dondurulsa, 10 ildən sonra bunun bədələni kiçik oğlum ödəyəcək.

Bu gün yarımçıq sülhə çağıranlar bunu anlamalı, bunu dərk etməlidirlər,  bu gün dondurulan münaqişə sabah bizim övladların başında çartlayacaq. Belə sülh olmur, belə sülhə çağırış qəbul edilən deyil, yarımçıq sülhün bədəli daha ağır olur, bu, daha dəhşətli müharibə deməkdir. Yəni bu gün sülh deyənlər əslində sabah daha böyük müharibə istəyirlər, bunu anlamalıdırlar...”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84