Yaralı halda 2 gün döyüşən şəhidimiz - VİDEO

13:34 - 27 Dekabr
    1150 oxunma

Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biri də gizir Elvin Ömərovdur. Bizimxeber.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Kürdəmirin Qarasu kəndindən olan Elvin Ömərov yaralı halda 2 gün döyüşüb.

O, bir neçə il əvvəl Təlim Tədris Mərkəzində hərbi təhsil alıb və gizir rütbəsi ilə xidmətə yollanıb. Hərbi xidmətinə Cəlilabadda başlayan Elvin sonra öz istəyi ilə cəbhə bölgəsinə gedib. Müharibə başlayan gündən isə Füzuli, Cəbrayıl və Hadrut istiqamətində döyüşlərə qatılıb.

Elvin sonuncu dəfə oktyabrın 7-də anası ilə danışıb. Üç gün sonra isə şəhidlik zirvəsinə yüksəlib. Qeyd edək ki, gizirimiz ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilib. 

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84