Yaralı əsgərlərimizin DƏHŞƏTLİ VİDEOsu YAYILDI

18:31 - 25 Dekabr
    1500 oxunma

Döyüş yoldaşlarını neytral zonadan çıxarmaq üçün özünü güllə qabağına atan əsgərimizin videosu yayılıb. Videoda həmin əsgər digər əsgərlərə "Şəhidlərimiz hanı?" deyərək ağlayır. 

Digər yaralı dostuna isə "Özündə güc topla, çıxaq, "neytral"da qalmışıq " deyir. Yaralı əsgər onu xilas etməyə gələn dostuna "ölürəm" deyib.

Qeyd olunur ki, Maarif adlı yaralı əsgəri, eləcə də dörd şəhidin nəşini neytral zonadan Arif və Anar adlı igidlərimiz özlərini snayperə hədəf edərək çıxarıblar, lakin Arif ağır yaralanıb. Sosial şəbəkələrdə yayılan video hər kəsi kədərə boğub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84