Yaralı əsgərlər mənimlə mübahisə edirdilər, hospitala getmək istəmirdilər - Həkim (FOTO)

15:27 - 12 Yanvar
    620 oxunma

Döyüşlərdə topların 100 metrliyində xidmət edirdik, yaralı əsgər, zabitləri ərazidən təxliyə edib hospitala göndərirdik. Hər kəs kimi, mənim də bir amalım var idi, ölsəm də, qalsam da, vəzifəmi layiqincə yerinə yetirməliyəm.

Bunu açıqlamasında ehtiyatda olan tibb xidməti leytenantı Ağa Ağazadə deyib. Onun sözlərinə görə, Vətən müharibəsi zamanı bütün hərbçilər yaralansalar da ancaq irəli getməyi düşünürdülər: “Mülki həyatda da həkim uroloq, androloq işləyirəm, elə həkim kimi də cəbhəyə yollanmışam. Əvvəl də hərbi həkim kimi ön cəbhədə qulluq etdiyim üçün, təcrübəm var idi. Elə bu səbəbdən də müharibənin ilk günündən ön cəbhədə, ən öndə topların yanında yerləşdim.

Vəzifəm yaralılara ilkin tibbi yardım göstərib, onları ərazidən təxliyə edərək hospitala göndərmək idi. Döyüşçü yoldaşlarımız ən qızğın nöqtələrdə olsalar belə həmin yerə müdaxilə edirdim, bu, mənim borcum idi, ölsəm də, qalsam da onu oradan çıxarmalı idim”.

Həkim leytenant qeyd edir ki, döyüşlər nə qədər çətin olsa da, hər işğaldan azad olunmuş ərazilər barədə xəbər alanda ruh daha da yüksəlirdi:

“Xatırlayıram ki, Qəbələdən Niramin adlı 18 yaşlı əsgər var idi. O şəxsin vəzifəsi əsgərləri vaxtı-vaxtında qida ilə təmin etmək idi. Hər gün hərbçilərimizə ərzaq çatdırmaq üçün mərmilərin altından keçməli olurdu.

Bəlkə də bilirdi ki, mərmilərdən biri onun həyatına son qoya bilər, ancaq vəzifəsini qorxmadan yerinə yetirirdi, bilirdi ki, o olmasa, əsgərlər ac qalacaq. Elə əsgərlər var idi ki, hospitala getməmək üçün mübahisə ediridi. Onlar sanki bunu qəbul edə bilmirdilər. Deyirdilər ki, mənim yoldaşlarım burada ola-ola, mən hospitala gedə bilmərəm”.

Yaralı əsgərlər mənimlə mübahisə edirdilər, hospitala getmək istəmirdilər - Həkim (FOTO) - Gallery Image

Yaralı əsgərlər mənimlə mübahisə edirdilər, hospitala getmək istəmirdilər - Həkim (FOTO) - Gallery Image

Yaralı əsgərlər mənimlə mübahisə edirdilər, hospitala getmək istəmirdilər - Həkim (FOTO) - Gallery Image

Yaralı əsgərlər mənimlə mübahisə edirdilər, hospitala getmək istəmirdilər - Həkim (FOTO) - Gallery Image

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84