Yaralı erməni əsgərləri helikopter və maşınlarla daşınır

16:19 - 30 Sentyabr
    3820 oxunma

"Yaralı erməni əsgərləri helikopter və maşınlarla daşınır”. Bu barədə məlumatı Ermənistanın səhiyyə naziri Arsen Torosyan "Instagram" səhifəsində yazıb.

O bildirib ki, iki təcili yardım helikopteri və həkimlərlə dolu təcili yardım maşınları yaralı əsgərlərin daşınması üçün tapşırığı yerinə yetirirlər: "Bu günlərdə iki təcili yardım helikopteri və yüzlərlə təcili yardım maşını yaralı əsgərlərimizin daşınması üçün vəzifələrini icra edirlər”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84