.
.

Yaponiya Olimpiadaya əlavə məhdudiyyətlər qoymağa hazırlaşır

11:30 - 14 Mart
    32720 oxunma


Yaponiya höküməti Tokio Olimpiadasında xarici ölkə rəhbərlərini müşayət edəcək şəxslərin sayını məhdudlaşdırmaq niyyətindədir. Bizimxeber.az bildirir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.  Agentliyin xəbərində bildirilir ki, artıq belə bir tələb xarici ölkələrin səfirliklərinə göndərilib.

Belə ki, qaydaya görə, olimpiadaya xarici dövlə başçısının 11 nəfərlə, nazir isə 4 nəfərlə qatıla bilər. Həmçinin xarici liderlər ciddi karantinaya məruz qalmayacaqlar, lakin həm yola düşmədən, həm də Yaponiyaya gəldikdən sonra hava limanında koronavirus testindən keçməlidirlər. Bundan əlavə, idmançılarla əlaqə qurmaları qadağan ediləcək və xüsusi nəqliyyatla təmin ediləcəklər.

Qeyd edək ki, Tokio Olimpiadasının 23 iyul - 8 avqust tarixləri arasında keçirilməsi planlaşdırılır. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84