YAP yüksək bal toplayan 10 tələbəyə təqaüd verəcək

11:49 - 14 Sentyabr
    1415 oxunma

“Pandemiya dövründə dərs ilinin başlanmasını Yeni Azərbaycan Partiyası yeni layihəsi ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 AZN məbləğində partiya təqaüdü verilməsi qərarı alınıb.

Partiya təqaüdünə namizədlərin Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi nəzərdə tutulur. Hesab edirik ki, YAP-ın bu addımı pandemiya dövründə və ondan sonra Azərbaycanda təhsilin populyarlaşdırılmasına, gənclərimizin biliklərə yiyələnməyə həvəslərinin daha da güclənməsinə töhvə verə biləcəkdir.”  Bu fikirləri YAP tərəfindən yeni layihəyə start verilməsi ilə əlaqədar Partiyanın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev qeyd edib.

Paşayev bildirib ki,  2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən məktəblilərin “Heydər Əliyev” inşa yazısı müsabiqələrinin qalibləri olmuş universitet tələbələrinə də təqaüdlər verilir: “Hazırda 70 nəfər tələbə bu cür təqaüdləri alır. Ümumiyyətlə 2004-cü ildən bu yana 150-dən artıq tələbəyə Yeni Azərbaycan Partiyasının təqaüdləri verilib”. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84