.
.

YAP Qurultay keçirmir - Deputat təkzib etdi

16:39 - 02 Mart
    9520 oxunma

"Mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı olacağı barədə mediada gedən məlumatlar doğru deyil. Çünki qurultay keçirmək, bir günün, bir həftənin işi deyil, təşkilat daxilində nizamnaməyə uyğun olaraq hazırlıq getməlidir". 

Bu sözləri mətbuata açıqlamasında YAP-dan millət vəkili Musa Quliyev bildirib. Deputat qeyd edib ki, partiyanın yerli təşkilatlarında konfranslar keçirilməyib. "Nizamnaməyə görə, əvvəlcə konfranslar keçirilməli, qurultay nümayəndələri seçilməlidir. Amma bu proses getməyibsə, qurultaydan necə danışmaq olar", - M.Quliyev vurğulayıb.

Millət vəkili daha sonra bildirib ki, pandemiya şəraitində də qurultayın keçirilməsi mümkün deyil: "Qaydalara görə toplaşmaq qadağandır, YAP kimi böyük partiyanın qurultayında yüzlərlə insan iştirak etməlidir, indiki halda bu mümkün deyil". /AzPolitika/

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84