.
.

Yanukoviçin ekstradisiyası üçün prosess başlandı

18:28 - 25 Mart
    9680 oxunma


Rəsmi Kiyev Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Ukraynaya ekstradisiyası proseduruna start verdi.

"Bizimxeber.az" TASS-a istinadən bildirir ki, belə bir qərarın verilməsi məhkəmənin hakimiyyətin ələ keçirilməsi ilə bağlı həbs qərarını təsdiqləməsindən sonra mümkün olub.

Ukrayna Baş Prokurorluğu Yanukoviçin həbsi ilə bağlı şikayətə baxılarkən apellyasiya instansiyasında qalib gəldiklərini elan edib.

Qeyd edək ki, Yanukoviç barəsində qiyabi həbs Kiyevin Peçersk Məhkəməsi tərəfindən verilmişdi. İndi isə Baş Prokurorluq bu qərarı keçmiş prezidentin Rusiya Federasiyasından ekstradisiya prosesinə başlamaq üçün zəruri bir addım kimi əsaslandırıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84