Yandırılaraq öldürülən 10 yaşlı Nərminlə bağlı AÇIQLAMA

18:09 - 21 Avqust
    4620 oxunma

Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir. 

Bizimxeber.az bildirir ki, xəbər verir ki, bu barədə Baş Prokurorluğun "Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib. Qeyd edilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84