. .

XXI əsrdə “Avangard As Constraksen” 30 min manatlıq odun alacaq? - FOTOFAKT

14:16 - 27 Aprel
    23818 oxunma

Mədəniyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. 

Bizimxeber.az bildirir ki, tender müsabiqələrinin qalibi “Avangard As Constraksen” MMC (VÖEN- 1804937821) olub. Mədəniyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi “Avangard As Constraksen” MMC-yə odun yanacağı üçün 30 min 430 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Avangard As Constraksen” MMC – 17.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təxminən bir il əvvəl yaranan və 30 min manatlıq tenderin qalibi olan MMC “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Vəliyev Yusif Jumavay oğludur. 

Qeyd edək ki, 17.07.2020-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında Vəliyev Yusif Jumavay oğlunun qanuni təmsilçi olduğu “Caspian As Təchizat” və “Rusıko Az Ltd” adlı daha 2 şirkət qeydiyyatdan keçirib.

Maraqlı məqamlardan biri də odur ki, ötən ilin iyul ayından bu ilin yanvar ayına kimi – 7 ay ərzində “Avangard As Constraksen” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda nə az, nə çox düz 122 şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Bundan başqa həmin ünvanda qeydə alınan şirkətlərin əksəriyyətinin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var. Bu şirkətlərin bir çoxu dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib olublar.

7 ay ərzində “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında dövlət qeydiyyatına alınan şirkətlər bunlar olub: /Yeniavaz.com/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84