Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU

11:54 - 08 Dekabr
    2190 oxunma

Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən xüsusi təyinatlılarımızdan biri də Əliqismət Mükafat oğlu Yaqubludur. Ə.Yaqublu 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olub. C.Naxçıvanski adına Bakı Hərbi Məktəbində və Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində təhsil alıb.

Hərbi təhsilin yüksək pilləsi olan TTM-də təhsilini davam etdirib. 2015-ci ildə leytenant rütbəsi ilə xidmətə başlayıb. 2016-cı ildə, Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib.

2018-ci ildə baş leytenant olan Əliqismət Yaqublu Xüsusi Təyinatlı Qüvvələrin Xidmət rəisi vəzifəsi verilib. 27 sentyabrdan, Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb və Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçib. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçın rayonunun bir neçə kəndinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərib.

Şuşa əməliyyatında iki süngü və bir neçə qumbara ilə ön sırada düşmənlə əlbəyaxa döyüşə girənlərdən olub. Onlarla düşmən əsgərini süngü ilə məhv edib.

5 noyabr 2020-ci ildə Şuşada şəhidlik zirvəsinə ucalıb. Şəhidin əmisi, tanınmış yazıçı Etibar Muradxanlı Axar.az-a Əliqismət Yaqublunun real döyüş səhnəsini, müharibə vaxtı belə ibadətindən qalmadığını və dəfn mərasimini əks etdirən görüntüləri təqdim edib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84