.
.

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

11:53 - 26 Fevral
    7560 oxunma

Azərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb. “Ümid işığı” adlanan və real faktlar əsasında çəkilən filmin 26 fevralda - Xocalı soyqırımı günü nümayiş olunması nəzərdə tutulur. “Ümid işığı” Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edir.

Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olur. O, yuxusundan qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini görür.

Sağ qalan insanların helikopterlə təxliyyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur. Teymur yaşadıqlarını belə xatırlayır: “Üç gün idi xilas olmağa çalışan ailəm, qohumlarım və digər Xocalı sakinləri ilə birlikdə şaxtalı, qarlı havada yol gəlirdik. Atam ağır yaralanmışdı. Anamın qucağında körpə uşaq var idi.

Onlar hara getsə, arxalarınca qaçırdım. Gücüm ancaq evdən götürdüyüm fənərlə gecələr getdiyimiz yolu işıqlandırmağa çatırdı. Nə edəcəyimi bilmirdim, son ümidim əlimdəki fənəri vertolyota tərəf tuşlamaq oldu. İşığı görən pilotlar yenidən yerə enib məni də götürdülər. Həmin fənəri bu günə qədər saxlayıram. Bu fənər həyatımın ümid işığıdır”.

Film fevralın 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84