Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI

12:30 - 26 Yanvar
    9320 oxunma


Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxsin fotosu yayılıb. Partlayış zamanı dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayevanın cəsədi tapılıb. Onun azyaşlı qızının axtarışları isə davam edir. 

Vəfat edən qadının həyat yoldaşı Musayev Vüsal Firuddin oğlu, övladı, 10 yaşlı Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, qohumu Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədova xəstəxanaya yerləşdirilib.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. Qeyd edək ki, həlak olan Aytən Musayeva Ağstafa rayonunda doğulub və Gəncə Tibb Kollecinin məzunu olub.

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84