Xırdalanda qanunsuz tikinti işlərinin qarşısı alındı - FOTO

19:28 - 18 Yanvar
    6080 oxunma


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində – Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərin şikayəti daxil olmuşdur.

Komitənin mütəxəssisləri tərəfindən dərhal yerində baxış keçirilərək müəyyən edilib ki, ticarət köşkü qeyd olunan ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırılıb, bununla da piyadaların gediş-gəlişinə maneə yaradılıb.

Komitədən Trend-ə bildiriblər ki, bununla əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilib və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb, konstruksiyanın piyada səkisi üzərindən götürülməsi təmin edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma proseslərinə ictimai nəzarətin xüsusi əhəmiyyətini vurğulayır, qeyri-qanuni tikinti-quraşdırma işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə sakinlərə təşəkkür edir.

Eyni zamanda, komitə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti-quraşdırma işlərinin aparılması qadağandır və bu sahədə müəyyən olunmuş tələbləri pozan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir.

Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO) - Gallery Image

Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO) - Gallery Image

Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO) - Gallery Image

Bizixmeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84