XİN rəhbərlərinin telefon danışığının detalları

14:28 - 10 Oktyabr
    1030 oxunma

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov və Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu arasında telefon danışığı ilə bağlı məlumat yayıb. Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Moskva şəhərində Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan,  Ermənistan Xarici İşlər nazirlərinin görüşü barədə Türkiyəli həmkarını məlumatlandırıb.
 
Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.
 
Mevlüt Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.
 
Nazir Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün  BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84