XİN başçılarının telefon danışığı olub

21:45 - 09 May
    2800 oxunma

Bu ilin 9 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Tacikistan Xarici İşlər naziri Sirociddin Muhriddin ilə telefon söhbəti baş tutub.

Bizimxeber.az xəbər verir ki, nazirlər bir-birlərini müqəddəs Ramazan ayı münasibətilə, eləcə də Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təbrik ediblər.

Tərəflər hazırda mövcud olan beynəlxalq sağlamlıq böhranı ilə mübarizə çərçivəsində dövlətər tərəfindən atılan addımlar və bu xüsusda əməkdaşlığın əhəmiyyəti barədə ümumi fikir mübadiləsi aparıblar.

İki qardaş ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, eləcə də nəqliyyat logistika sahəsi də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri Nazirlər tərəfindən geniş müzakirə edilib.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxundular və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə razılıq ifadə ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84