XİN başçıları arasında telefon danışığı olub

19:01 - 27 Aprel
    765 oxunma

Xarici işlər naziri Elmar Məmmədyarovun Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov ilə telefon danışığı baş tutub.

XİN-dən Bizimxeber.az -a bildirilib ki, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Nazirlər mövcud vəziyyətə toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı Azərbaycan və Qırğızıstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84