.
.

Xəzər TV-də bu məşhur verilişin yayımı dayandırıldı

14:56 - 11 May
    5417 oxunma


Xəzər Televiziyasında Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb. 

Bu barədə xəbəri Kamal Dəniz xəbəri təsdiq edib: “Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir.

Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda Xəzər Televiziyasında olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər”. Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib: “Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb işdən çıxdım”.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84