Xətaya yol verən çap və onlayn media barədə inzibati tədbirlər görüləcək – RƏSMİ

21:35 - 12 Yanvar
    1380 oxunma

Medianın İnkişafı Agentliyi inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyətinə malik olacaq. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyinin vəzifələr sırasına çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək daxil edilib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84