Xəstəxanaya təcili xəstə aparan ambulans “Tofaş”la toqquşdu; 6 nəfər xəsarət aldı

21:45 - 27 İyun
    1730 oxunma

Türkiyənin Aydın şəhərində minik avtomobilinin və xəstə daşıyan ambulansın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bizimxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə iyunun 27-də Efeler rayonunda qeydə alınıb.

Məlumata görə, xəstəxanaya təcili xəstə aparan M.Ç.-nin idarə etdiyi 09 R 0112 qeydiyyat nömrə nişanlı ambulans, qovşaqda, F.K.-nin idarə etdiyi 09 EM 177 qeydiyyat nömrə nişanlı “Tofaş” markalı minik avtomobili ilə toqquşub.

Zərbənin təsirindən ambulans aşıb.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84