“...xəbər yayıb Ziya Məmmədovun şəkilini qoyurlar” - Elton Məmmədov

14:46 - 30 Yanvar
    10840 oxunma


Loading...

"Mən öz vəzifəmdə, öz yerimdəyəm. Belə bir təyinat yoxdur". 

Bizimxeber.az xəbər verir ki, bunu AMEA İşlər İidarəsinin müdiri Elton Məmmədov bir neçə gün öncə qurumun Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. O bu dövlətə "ən sədaqətlə” xidmət edən şəxslərdən biri olduğunu bildirib: 

"Təyinat AMEA-ın Rəyasət Heyətinin qərarı ilə verilir. Rəyasət Heyəti qərar verməmiş onu necə geri oxuyar? Heç bu məsələ gündəliyə də çıxarılmayıb. Mən ömür boyu bu dövlətə, bu siyasətə sədaqətlə xidmət etmişəm və ömrümün sonuna kimi də belə olacaq.

Maraqlıdır ki, mətbuat Elton Məmmədovun vəzifəyə getməsi ilə bağlı məlumat yayır, amma Ziya Məmmədovun şəkilini qoyurlar. Lap yaxşı. Ziya Məmmədovun qardaşı kimdir? Bu dövlətə ən sədaqətlə xidmət edən, potensialı olan insanlar. Mənim qara gözümə, qara qaşıma vurulmayıblar ki, vəzifə verirlər. Yəqin ki, bu sədaqətli xidmətimdə, idarəçilikdə, təcrübəmdə, təhsildə mövqeyimi möhkəmləndirmişəm ki, irəli gedirəm".

Qeyd edək ki, bir necə gün öncə mətbuatda AMEA-ın İşlər İdarəsinin müdiri Elton Məmmədovun AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayılıb. AMEA isə bunun əsassız olduğunu açıqlayıb.  /Qaynarinfoz/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84