Xatun Fatiməni görüb canlı efiri tərk etdi - VİDEO

00:32 - 16 May
    2145 oxunma

Şou-biznesin açıq sözlü müğənnisi Xatun Əliyeva qalmaqallı addımı ilə diqqətləri üzərinə cəmləyib. 

Bizimxeber.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda iştirak edərkən sənətçinin savaş yaşadığı rəqqasə Fatimə Fətəliyeva ilə münasibətləri yenidən gündəmə gəlib. 

Şounun aparıcısı Vüsalə Əlizadə Xatunun sənət yoldaşlarının fotosunu ekrana gətirib və müğənnidən onlarla bağlı şərh verməsini istəyib. 

Ekranda F.Fətəliyevanın şəklini görən X.Əliyeva ayağa qalxaraq, studiyanı tərk edib. Kulis arxasına keçən müğənni üz cizgilərini 180 dərəcə dəyişərək rəqqasəyə olan reaksiyasını beləcə biruzə verib. 

Baş verən hadisədən dili-dodağı tutulan Vüsalə təəcübünü gizlədə bilməyib.  

Daha sonra ekranda bir müddət öncə qalmaqal yaşadığı müğənni Rəqsanənin şəkli nümayiş olunub. 

Xatun Rəqsanə ilə umu-küsülüyünü unudub onunla yenidən barışsa da, ilk göstərdiyi reaksiya birmənalı olmayıb. 

Bir anlıq emosiyalara qatılan sənətçi həmkarı barədə bu sözləri dilə gətirib: 

“Rəqsanə güclü xanımdır. Sənətə gələndə digər müğənnilər həm mahnılarına, həm də xarici görünüşünə görə onu tənqid edib, üzərinə hücüm etdilər. Rəqsanə yenə də gündəmdədir. Xarici görünüşünə diqqətlə yanaşır. Baxımlı xanımdır”. 

Qeyd edək ki, Xatun Əliyeva verilişlərin birində Fatimə Fətəliyeva ilə qalmaqalın pul üstündə düşdüyünü açıqlamışdı. 

Xatun Rəqsanə İsmayılova ilə aralarında yaşanan savaşı, həmkarının onun Moskva toylarını əlindən alması ilə əlaqələndirib. Bundan sonra şou proqramlarında ikilinin arasında soyuq müharibə başlayıb. El məclislərin birində Rəqsanənin ifaçı qızı Aysun İsmayılova Xatunla üz-üzə gəlib, barışıblar.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84