.
.

Xatirə İslamın toylarla bağlı iddiası barədə DİN-dən AÇIQLAMA

12:23 - 06 Aprel
    22640 oxunma

“O cür halların qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti gündəlik olaraq məlumatlar yayır. Belə cəhdlərin - toy keçirtmək, şənlik keçirtmək, yas mərasimi təşkil eləmək cəhdlərinin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır”. 

Bizimxeber.az bildirir ki, bu sözləri mətbuata açıqlamasında DİN-in mətbuat katibi Ehsan Zahidov müğənni Xatirə İslamın Azərbaycanda gizli toyların keçirilməsi ilə bağlı iddiası barədə Yeniavaz.com-un sorğusunu cavablandırarkən deyib.

Xatırladaq ki, tanınmış müğənni Xatirə İslam özünün “İnstagram” səhifəsində Azərbaycanda hər gün 500 gizli toyun keçirildiyi iddiası ilə çıxış etmişdi.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbilə Azərbaycanda tətbiq olunan karantin rejiminin qaydalarına əsasən toy mərasimlərinin keçirilməsi qadağandır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84