Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

11:25 - 05 Noyabr
    4850 oxunma

Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb. Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıb və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 4 oktyabr tarixindən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlamışdı. Xatırladaq ki, Səudiyyə Ərəbistanı 29 sentyabrda ümrə ziyarətləri üçün bəzi tədbirlərin görüləcəyini açıqlamışdı.

Belə ki, koronavirus tədbirləri çərçivəsində Kəbə və Həcərül-Əsvədin ətrafına qoyulmuş barrikadaların orada qalmağa davam edəcəyi, ziyarətçilərin Kəbə və Həcərül- Əsvədə yaxınlaşmasına və onlara toxunmasına icazə verilməyəcəyi, həmçinin Kəbənin yerləşdiyi Məscidül-Həramın gündə 10 dəfə dezinfeksiya ediləcəyi bildirilmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84