Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi saxlanıldı

14:08 - 10 İyul
    1495 oxunma

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. 

Bizimxeber.az E-huquq.az-a istinadən bildirir ki, F. Bağırova qarşı rəsmi ittihamın bu gün irəli sürüləcəyi və onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84