Xarici işlər nazirləri videkonfrans keçirdilər

00:13 - 20 May
    860 oxunma

Bu gün Türkiyə, Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirləri arasında onlayn toplantı keçirilib. 

Bizimxeber.az-a Türkiyə XİN-dən verilən məlumata görə, videokonfrans 17 mart 2020-ci ildə 4 ölkə başçılarının birgə keçirdikləri zirvə toplantısının nəticələrini nəzərdən keçirmək məqsədilə baş tutub. 

İclasda yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə tədbirləri, pandemiyasonrası atılacaq addımlar, Suriya, Liviya və İraq daxil olmaqla regional vəziyyət, xüsusilə, son zamanlar yaşanan hadisələr müzakirə olunub.

Nazirlikdən bildirilib ki, görüş son dərəcə səmimi keçib və sözügedən mövzularla bağlı nazirlər fikir mübadiləsi aparıblar. 

Danışıqlar zamanı bu formatda növbəti toplantının keçirilməsi qərara alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84