Xaricdəki vətəndaşımız 190 manatı necə “alıb”?

23:48 - 12 May
    3480 oxunma

Koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin rejimindən işsizlər üçün nəzərdə tutulan 190 manat birdəfəlik müavinətin ödənilməsi prosesi ilə bağlı növbəti qalmaqallı olay baş verib.

Bizimxeber.az-ın məlumatına görə, sosial şəbəkə fəalı Emil Əmiraslanov bildirib ki, xaricdə olmasına rəğmən onun adına 190 manat birdəfəlik müavinət alınıb.

“Mən 3 cü ildir ki, ölkəni tərk etmişəm. Amma mənim adımdan 190 manat üçün müraciət də edilib, pulu poçt məntəqəsindən mənim adımdan alınıb da, xərclənib də ( hamısını tapıb üzə çıxaracam və adımdan istifadə etmiş şəxsləri cəzalandıracam). Xahiş edirəm, müvafiq qurumları “tag” edin şərhə, paylaşaraq yardım edin. Sahil Babayevin şəxsi nömrəsini bilən jurnalist dostlardan nömrəni mənə vermələrini xahiş edirəm”, - deyə sosial şəbəkə fəalı bəyan edib.

Bu 190 manatın ödənilməsi ilə bağlı birinci qalmaqal deyil. Emil Əmirasalanovun başına gələn olayla üzləşən başqa şəxslər də var. Sosial şəbəkələrdə monitorinq aparılsa bu barədə xeyli adamın yazdığını görmək olar.

Bir neçə gün əvvəl isə aydın oldu ki, 190 manat alanlar arasında elə adamlar var ki, onlara bu müavinət düşmür. Konkret olaraq “Səbinə Kətanova qalmaqalı” buna nümunə ola bilər. Sosial şəbəkə fenaomeni kimi təqdim edilən Səbinə Kətanovaya 190 manat yardım verilməsi böyük səs-küyə səs olmuşdu. Səbəb onun bahalı maşına malik olması idi. Səbinə Kətanova həmin avtomobillə sosial şəbəkələrdə çoxsaylı fotolar paylaşdığına görə avtomobilin ona məxsus olduğu bildirilirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səbinə Kətanovanın adına hər hansı əmlak və avtomobilin olmadığını bəyan etsə də, ictimai rəyin şübhələrini dağıda bilmədi. Ümumiyyətlə, bu prosesə əvvəlcədən şübhəli yanaşılıb. Şübhələrin əsasını istər qeydiyyat mərhələsində, istərsə də müavinətlərin ödənilməsi prosesində baş verən qalmaqallı olaylar qoyub. Emil Əmiraslanov, yaxud Səbinə Kətanova ilə bağlı qalmaqallar isə prosesin şəffaflığına şübhələri bir qədər də artırır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84