. .

Xankəndinə təsir gücümüz hansı səviyyədədir? - Reallıq ortadadır

14:52 - 09 May
    20955 oxunma


Azərbaycan müxalifəti Rusiya sülhməramlılarının 9 may qələbə günü ilə bağlı hərbi parad keçirəcəyini və bunu Rusiyanın Azərbaycan üzərində hökmranlığının göstəricisi kimi təqdim edir.

Bu movzu son günlər ölkə mətbuatının əsas gündəm mövzularından biridir.

Əlbətdə hakimiyyətə yaxın, əsasən əlində böyük maliyyə imkanları olan mətbuat bu informasiyaları yaxın buraxmır, boğmağa, kimlərisə haqsız kimi göstərməyə çalışır. Müxalifət isə əlində olan kiçik imkanlardan yararlanaraq nəsə demək istəyir.

Kimin haqlı, kimin haqsız olduğu göz qarşısındadır. Faktiki olaraq Rusiya sülhməramlılarının 9 may qələbə günü ilə bağlı tədbir keçirir. Tədbirə baxmağa gedənlər Azərbaycanlılar deyil, ermənilərdir. Çünki Xankəndində bir azərbaycanlı yoxdur, orda yaşayanlar faktiki olaraq erməınilərdir.

Amma əsas məsələ indi ölkə içərisində haqlı-haqsız axtarmaqdansa reallıqları görməliyik... Nədir reallıq?

Hökümət saytları Rusiya sülhməramlılarının Xankəndidəki sıra düzülüşünü Azərbaycanın diktə etdiyi 10 noyabr razılaşması əsasında həyata keçirəcək kimi qələmə verir və sairə...10 noyabr razılaşmasında Rusiya sülhməramlılarının parad üçün sıra düzülüşü keçirəcəyi var idimi? Yox idi.

Müxalifətin hansısa informasiyasını linc etmək barədə hökümət saytlarına verilən tapşırığın altında nə dayanır? Axı həmin müxalifət bütün müharibə boyu hökümətin yanında olaraq dəstək verdi. İndi necə olur ki, müxalifət Xankəndindəki tədbiri gündəmə gətirərkən pis olur? 

Elə isə gəlin başqa bir sual verək -  Bizim Xankəndinə təsir imkanlarımız nə qədərdir? Azərbaycanın bu dəqiqə Xankəndindəki vəziyyətə nəzarəti nə qədərdir? Xocalı rayonu ilə bağlı hansı yenilik var? Hazırda kimlər var orda? Hardadır Xocalı?

Suallar çoxdur əslində...

Bu təbliğatdırmı? Yetərlidirmi? Buna təbliğat demək olarmı?

Son bir neçə ay ərzində erməni siyasi dairələri və onların Avropadakı diasporasının apardığı təbliğatın səviyyəsindən xəbiriniz varmı? Təsəüvvür edin ki, Ermənilər bütün dünyaya tezliklə Suşaya qayıdacaqları ilə bağlı durmadan bəyanatlar verirlər, siyasi görüşlər həyata keçirirlər. Ermənilər dayanmır, yorulmurlar.  Açıq şəkildə bəyan edirlər ki, bir azərbaycanlı Xankəndinə girə bilməz. Açıq şəkildə deyirlər ki, Şuşa bizimdir və biz tezliklə geri qayıdacağıq.

Ermənilər bizim 30 il apara bilmədiyimiz təbliğatı 1 gündə aparırlar. Budurmu bizim siyasi başbilənlərimizin gələcək üçün planlaşdırdıqları siyasi taktika? Kim müəyyən edir bu siyasəti?

Müxalifətin Rusiya sülhməramlılarının 9 may qələbə günü ilə bağlı Xankəndində hərbi parad keçirəcəyini deməsindən niyə qorxmalıyıq?

Hansı yalanların içərindəyik? Şuşa Azərbaycanın əzəli və tarixi torpağıdır və qan tökərək geri almışıq. Bu torpaqları qorumaq üçün doğru-düzgün siyasi təbliğat apamaq gərəkdir. Əks təqdirdə yenə 92-ci ilin may ayında edilən səhvlərin təkararını görəcəyik... 

Ədil Hüseynli




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84