Xankəndindəki mənbə: “Çox böyük itkilərimiz var...”

13:05 - 30 Sentyabr
    910 oxunma

Rusiyanın kadara.ru internet-portalı Qarabağda gedən döyüşlərdə ermənilərin “çox böyük itkiləri” barədə bildirir. Sayt Xankəndindəki mənbəyə-qondarma “dqr” güc strukturlarının əməkdaşına istinad edir.

“Çox böyük itkilərimiz var. Düşmən kütləvi şəkildə aviasiya, artilleriya, raket silahları tətbiq edir. Stepanakertə (Xankəndi) dünyanın hər yerindən çoxsaylı könüllülər gəlir, bu şişirtmə deyil. Yaxın vaxtlarda yeni partiyanı gözləyirik. Böyük sayda ölənlərin və yaralananların olmasına baxmayaraq heç kimin ağlından keçmir ki, uduzuruq, geri çəkilirik və ya əraziləri veririk”,-mənbə deyib.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-dən başlayan döyüşlərdə düşmənin 2300-ə yaxın hərbçisinin öldürüldüyünü və ya yaralandığını açıqlayıb. Bu, sentyabrın 30-u səhər saatlarına olan məlumat idi.

Bizmxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84