. .

Minaya düşərək şəhid olan Asəf dəfn edildi - Fotolar

18:38 - 18 Dekabr
    6388 oxunma

Ötən gün Xocavənddə minaya düşərək şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Asəf Ağayev bu gün doğulduğu Qax rayonunda torpağa tapşırılıb. 

Şuşa şəhərinin işğaldan azad olunmasında iştirak edən şəhid baş-leytenantın əvvəlcə doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Daha sonra isə şəhidimiz Qax Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək ki, Asəf Ağayev 1993-cü ildə Qax şəhərində doğulub. 27 sentyabrdan başlayan Vətən müharibəsində sonadək vuruşub. O, əsasən Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. 27 yaşlı Asəf Ağayev dünən minaya düşərək şəhid olub. O, Bakıda keçirilən Zəfər paradının da iştirakçısı olmuşdu.
 



Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84