Xalq artistinə AzTV-də hörmətsizlik - “Ovqat” ovqatsızlıq yaratdı

23:34 - 15 Yanvar
    31440 oxunma


Xalq artisti, professor Azər Zeynalov Azərbaycan Televiziyasında xoşagəlməz halla qarşılaşıb. Ötən günlərin birində xalq artistini Mədəniyyət kanalında yayımlanan “Nəcib söhbətlər” verilişinə dəvət ediblər. Amma çəkiliş zamanı sənətçiyə bildirilib ki, veriliş boyu ona söz verilməyəcək, söhbət olmayacaq. Xalq artisti sadəcə qonaq qarşısında bir neçə mahnı ifa etməlidir.

Bu barədə "Facebook" sosial şəbəkəsində Arzu Umut adlı istifadəçi məlumat verib.

Baş verənləri özünə qarşı hörmətsizlik kimi qəbul edən Azər Zeynalov xalq artisti adına hörmətsiz yanaşdığı üçün aparıcısı və müəllifi Nəcibə Əlixanovaya etirazını bildirib və verilişdə iştirakdan imtina edib. Yaradıcı heyət məcbur qalaraq gənc muğam ifaçısı Zabitə Əliyevanı dəvət edib.

Azər Zeynalov isə öz şikayətini AzTV-nin sədrinə çatdırdıqdan sonra ikinci olay yaşanıb. Rövşən Məmmədov verilişin müəllifini danlayıb, mədəni dəyərlərə, yaradıcı insanlara qarşı bu cür hörmətsiz münasibətin bir də təkrar olunmamasını tövsiyə edib. Əgər bir də belə hal olarsa verilişin bağlanacağını bildirib. Ona irad tutulması aparıcı xanımı narazı salıb. Nəcibə Əlixanova işdən çıxacağını deyib. Qeyd edək ki, Nəcibə Əlixanova bundan əvvəl “Ovqat” verilişinin aparıcısı olub.

“Ovqat” verilişi 2006-cı ilin yanvarında İctimai Televiziyada yayımlanıb. İlk aparıcısı tanınmış telejurnalist Səyyarə Səyyaf olan “Ovqat” qısa zamanda efir məkanında böyük tamaşaçı auditoriyası toplaya bilib. Lakin 2009-cu ildə Səyyarə Səyyaf İctimai Televiziya ilə əməkdaşılığı dayandırıb və AzTV-yə keçib.

2010-cu ildən başlayaraq veriliş Aztv-də yayımlanıb. 2013-cü ildə isə AzTV-nin keçmiş sədri Arif Alışanovla yaranan problem səbəbindən Səyyarə Səyyafın bu telekanalla yolları ayrılıb. Arif Alışanov teleaparıcının tamaşaçıya tanıtdığı verilişi ondan alaraq başqa aparıcıya-Nəcibə Əlixanovaya həvalə edib. 2019-cu ildə AzTV rəhbərliyində dəyişiklik olanda veriliş müvəqqəti dayandırılıb. Daha sonra isə “Ovqat” verilişinin adi “Nəcib söhbətlər”lə əvəzlənib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84