Xalq artisti tetarların bağlı qalmasından danışdı

12:14 - 17 Fevral
    10120 oxunma

"Bunun acısını teatr və kinolarımız çox çəkəcəklər”. Bunu Xalq artisti Yasin Qarayev teatr ocaqlarının bir ildən çox bağlı qalmasından danışarkən deyib. Aktyor  bildirib ki, dünyanın bir çox ölkələrində bəzi kollektivlər fəaliyyətini bərpa edib:

"COVİD-19 peyda olanı fəaliyyətini dayandıran kollektivlərdən biri də teatrlar oldu. Dünyanın hər yerində müəyyən fasilələrlə bir çox kollektivlər öz fəaliyyətlərini bərpa etdilər. Məsələn, ticarət müəssisələri, kafelər, gözəllik salonları, hətta futbol komandaları və s.

Bir sözlə, teatrlardan basqa hamının faəliyyəti bərpa olunub. Düzdür, obyektiv səbəblər çoxdur. Xəstəliyin dünyada tüğyan etməsi, ölkədə gedən müharibə və s. hamısı başa düşüləndir. Lakin teatrda tamaşalar göstərilməsə də, aktyorların vərdişdən geri qalmaması üçün hazırlıq məşqlərinin olması çox vacibdir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84