“Xahiş edirəm ki, bununla bağlı Prezident qarşısında məsələ qaldırsın”

12:11 - 26 Noyabr
    1660 oxunma

Deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müddətinin  daha 1 il uzadılmasını təklif edib.

Deputat qeyd edib ki, bu qanun layihəsinin müddəti dekabrın 4-də bitir: “Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də, həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. 

Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməlidir. Cənab baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılmasıyla bağlı prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84