. .

Vüsalın kart işgəncəsi: dayanacaq var, aparat yox – FOTOLAR

01:49 - 16 Aprel
    14401 oxunma

 

Bakı Nəqliyyat Agentliyinin yarıtmaz fəaliyyəti hər addımda müşahidə olunur. TİA.Az-ın xəbərinə görə, BNA tərəfindən təşkil edilən dayanacaqların əksəriyyətində ödəmə terminalları quraşdırılmayıb. 

Bu da sərnişinləri çıxılmaz vəziyyətdə qoyur. Çünki “Bakubus” avtobusuna minən sərnişin “BakıKart”ında balans olmayanda ödəniş etmək istəyir, amma dayanacaqda ödəmə aparatı tapa bilmir.

Məsələn, onlardan biri kimi Bakıxanov qəsəbəsindən “Neftçilər” metrosuna qədər marşrut xəttini göstərmək olar. Qəsəbədən metroya qədər 4-5 kilometrlik yolda bir dayanacaqda belə ödəmə aparatı yoxdur.

Sərnişinlər bildirirlər ki, ən azı bir neçə dayanacaqda ödəmə aparatı yerləşdirilməliydi. Amma bu boyda ərazidən “Bakubus” avtobusları keçir, bir ödəmə terminalı tapılmır. Bəs hörmətli BNA rəhbəri Vüsal Kərimli çıxış yolunu necə görür? Sərnişin gediş haqqını necə ödəsin?

Biz deyək – əksər hallarda sərnişinlər kartında balans olan digər sərnişindən xahiş edir, ona 30 qəpik ödəyir. Bu, biabırçılıqdır. Niyə sərnişinlər bu vəziyyətlə qarşılaşmalıdırlar?

Ümumiyyətlə, oxşar vəziyyətə Bakının əksər ərazilərində şahid olmaq mümkündür. Elə metronun “Neftçilər” stansiyasında BNA tərəfindən cəmi bir ödəmə aparatı qoyulub. Hər gün, xüsusən səhər saatlarında yüzlərlə insan aparatın önündə növbəyə dayanır və nəticədə işə gecikir.

  

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84