Virus dekabrda yox, 2 ay əvvəl yayılıb - Çin gizlədibmiş - ÜST

10:34 - 11 Fevral
    8400 oxunma

SİZİN REKLAM YERİNİZ
SİZİN REKLAM YERİNİZ

Koronavirusun mənşəyinə dair araşdırma aparan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti müəyyən nəticələr əldə edib. Cebhe.info xəbər verir ki, Çində virusun yaranma və yayılma səbəbini araşdıran mütəxəssislərin fikrincə, koronavirus rəsmən elan edildiyi tarixdən azı 2 ay əvvəl ortaya çıxıb.

Belə ki, Çində koronavirus rəsmən 8 dekabrda elan olunub və insan orqanizminə yeni növ virusun düşdüyü bəyan edilib. Araşdırmalar isə göstərir ki, Çində bundan hələ 2 ay əvvəl 90 nəfər xəstəxanaya yerləşdirilib. Onlarda koronavirusun əlamətləri özünü göstərib.

“The Wall Street Journal " yazır ki, ÜST Çin hökumətinə müraciət edərək bu nəzəriyyənin daha dərindən yoxlanılması üçün daha geniş dairədə qan analizi götürülməsinə icazə istəyib. Hələlik buna icazə verilməyib.

Nümayəndə heyətinin trəkibində olan çinli mütəxəssis Lyan Vanan isə hesab edir ki, bu nəzəriyyə özünü doğrultmur. Belə ki, indiyə qədər götürülən qan analizləri xəstəliyin elan olunduğu müddətdən, yəni 2019-cu ilin dekabrından əvvəl yayıldığı qənaətini təsdiqləmir.

Xatırladaq ki, ABŞ Çini xəstəlik barədə məlumatı dünyadan gizlətməkdə ittiham edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84