“Videoları da öz içlərində olanlar sızdırıb”

14:47 - 14 May
    1660 oxunma

REAL Partiyasının icra katibi Natiq Cəfərli Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin və rəhbəri Cəmil Həsənlinin ötən gün təmsil etdiyi partiyayla bağlı videoda səsləndirdikləri çıxışlara münasibət bildirib. 

Bizimxeber.az xəbər verir ki, N. Cəfərli bununla bağlı feysbukda bildirib ki, həmin qurumla bağlı şəxsən ona 2013-cü ildən hər şey aydın olub: “O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq, imtina etdik. Çünki, dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan, şəxs-şəxslər ərtafında büdpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı.

Gənc olmayan Hitlerçilərə geniş cavab vermək istəmirəm, amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələri bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və disklayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq "arqumentlərinə" çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım.

Bir çox dostlar MŞ-nın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! MŞ yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi MŞ-nı saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq səsvermədə üstünlük qazansınlar, vəssalam. Bu qədər primitiv və köhnədirlər.

Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur. Videoları da, çox güman, öz içlərində olanlar sızdırıb - zatən içlərində hökumətə işləməyən çətin tapıla. Hər birinin illərdir bu hökumətlə əlaqələri olub-var, onlara çəkilən xəttdən, biçilən roldan heç vaxt kənara çıxmayıblar. Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84