Vəzifəli şəxsə məxsus narkotik plantasiyası aşkarlandı

19:48 - 23 İyun
    2710 oxunma

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Bizimxeber.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyunun 23-də Ağstafa RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. 

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V. Mehdiyev şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Report-un məlumatına görə, Vaqif Rafiq oğlu Mehdiyev Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktorudur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84