.
.

“Veysəloğlu” şirkətində yeyinti aşkarlanıb

10:26 - 12 Mart
    9240 oxunma


Məşhur “Veysəloğlu” Şirkətlər Qrupunun satış təmsilçilərinin xeyli miqdarda pul mənimsədiyi aşkar olunub. Şirkət özü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Daxili yoxlama zamanı müəyyən olunub ki, satış təmsilçisi Amur Məmmədov 2018-ci ilin yanvarında 8300 manat, Sərxan Tağıyev 2020-ci ilin mayında 10 min manatdan çox, Röyal Hüseynov isə ötən ilin avqustunda 18 min manatdan çox pulu mənimsəyib.

Şirkət rəhbərliyi bu iddia ilə hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslər barəsində zəruri addımların atılmasını tələb edib. Hazırda bu müraciətlə bağlı araşdırma aparılır.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84