. .

Vətəndaş Paşinyanın gülünü "başına vurdu"-  VİDEO

02:17 - 18 Aprel
    30887 oxunma

Ermənistan baş naziri Nikol Paşinyan Dzor bölgəsinə səfəri zamanı tənqid olunub. 

Bizimxeber.az "Sputnik"ə istinadən bildirir ki, səfər zamanı Paşinyan Qarabağdakı 44 günlük müharibə zamanı həlak olanların xatirəsini yad etmək istəyib. Lakin yerli sakinlərdən biri ona yaxınlaşıb qohumunun məzarı üstünə çiçək qoymasına icazə verməyib. Bu hadisə ilə bağlı video News.am agentliyi tərəfindən yayımlanıb.

"Sənin qardaşımın qəbri ilə heç bir işin yoxdur. Bura mənim qardaşımın qəbridir, mənim buna haqqım var, amma sənə icazə verməyəcəm ..." -  deyə adam Ermənistanın baş nazirinə gül qoymaq üçün imkan verməyib. Paşinyan məzara yaxınlaşıb həmin adamla danışmaq üçün daha bir cəhd edib. Lakin vətəndaş yenidən ona icazə verməyib və heç kimin qardaşının cəsədini tapmasına kömək etmədiyini əlavə edib. Bundan sonra Paşinyan dönərək gedib.  

Hökümət bu hadisənin yayılmasına qarşı çıxıb. Amma bununla belə videogörüntülər mətbuatda yer alıb. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84