Vətən müharibəsinin “müəllim” ləqəbli kəşfiyyatçısı... - Video

15:47 - 07 Yanvar
    870 oxunma

“Son gülləsinə qədər vuruşdu. Xeyli düşməni məhv etdi. Canından çox sevdiyi Vətəni uğrunda şəhid oldu”.  Söhbət Beyləqan rayonu I Şahsevən kəndindən olan şəhid, “müəllim” ləqəbli kəşfiyyatçı İmran Məmmədlidən gedir.

Dövlət televiziyasında şəhidin ailəsindən yayımlanan reportajda bildirilir ki, İ. Məmmədli Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl  rayonlarının işğaldan azad olunmasında iştirak edib. Hərbçi yoldaşları onu “müəllim” deyə çağırıblar. Çünki ali təhsilli idman müəllimi idi və taekvondo ilə məşğul olurdu. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Müqaviləsi bitdikdən sonra bir müddət uşaqlara məktəbdə hərbi təlim keçib.

Şəhidin atası Cahangir Məmmədov bildirib ki, oğlu Aprel döyüşlərində şücaət göstərib: “O arxayın idi ki, biz zəfər çalacağıq. Bizə son zəngdə demişdi ki yaxın günlərdə zəfər çalacağıq. Ondan narahat qalmamağımızı istəmişdi”.

Qeyd edək ki, İ. Məmmədli oktyabrın 25-də Füzuli istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Ondan iki qız və iki oğlan övladı yadigar qalıb.  Şəhid ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84